Bu ilin fevralın 1-nə Azərbaycanda manatla pul bazası 11.543,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 609,1 mln. manat və ya 5 faiz azalıb. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 2.834,2 mln. manat və ya 32,5 faiz artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.