Tikinti materiallarının istehsalı artıb

2020.02.03 18:15 (UTC+04:00)

Bakı Statistika İdarəsindən verilən məlumata görə, ötən il Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 2018-ci ilin göstəricisi ilə nisbətən sabit qiymətlərlə 0,7 faiz azalaraq 530,8 mln. manat təşkil edib.

Hesabata əsasən, ötən il 2018-ci ilə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 29,4 faiz, tikinti gipsinin istehsalı isə 2,3 dəfə artıb.