Keçən il paytaxtda əsas kapitala yönəldilən vəsaitin 4.864,6 milyon manatı tikinti-quraşdırma işlərinə xərclənib

2020.02.03 17:01 (UTC+04:00)

2019-cu ildə paytaxtda əsas kapitala 10 milyard 214,2 milyon manat, yaxud 2018-ci illə müqayisədə 2,3 faiz az vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata əsasən, il ərzində əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 864,6 milyon manatı və ya 47,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.