Bu ilin yanvar ayında Azərbaycanda sənaye sektoru üzrə biznesə inam indeksi 19,1 bənd təşkil edib. Bu, ötən ilin dekabr ayı ilə müqayisədə 5,2 bənd çox, ötən ilin yanvar ayına nisbətən isə 8,6 bənd çoxdur. Ötən ay tikinti sektoru üzrə biznes inam indeksi isə aylıq müqayisədə 1,5 bənd, illik müqayisədə isə 29,2 bənd artaraq -21,8 bənd olub.
Yanvarda ticarət sektoru üzrə biznesə inam indeksi dekabrla müqayisədə 10,7 bənd, ötən ilin yanvar ayına nisbətən isə 25,9 bənd artaraq 16,2 bənd təşkil edib.
Nəhayət, hesabat dövründə xidmət sektoru üzrə biznesə inam indeksi 12,8 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 bənd, illik müqayisədə isə 10,3 bənd çoxdur.