İctimai iaşə dövriyyəsi 7 faizə yaxın artıb

2020.02.03 15:39 (UTC+04:00)

Keçən il ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 6,7 faiz artaraq 1 milyard 655,2 milyon manat olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,3 faizi hüquqi şəxslərin, 57,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci illə müqayisədə 6,4 faiz artaraq 694,4 milyon manat təşkil edib.