2019-cu ildə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata əsasən, ümumi inşaat işlərinin 81,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.