Özünüməşğulluq layihəsinə bu il 4 min nəfərdən çox qadın cəlb olunub

2020.02.03 12:40 (UTC+04:00)

Jurnalistlərə açıqlamasında Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşğulluq layihəsinə bu il 10 min nəfər cəlb olunub. Onun sözlərinə görə, onlardan 4 min nəfərdən çoxunu xanımlar təşkil edir ki, onların da bir qismi müəyyən aktivlərlə təmin olunub: "Onlar artıq hazır ev təsərrüfatlarına başlayıblar. Bu xanımlardan əksəriyyəti demək olar ki, öz istehsal etdikləri məhsulların satışını da həyata keçirilirlər. Bununla bağlı həm nazirlik, həm də digər dövlət qurumları tərəfindən onlara satış kanallarının təşkilində lazımi köməklik göstərilir".