Bakıda elektrik enerjisi istehsalı artıb

2020.02.03 11:44 (UTC+04:00)

2019-cu il ərzində Bakı üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 577,1 mln. manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqaisədə 1,5 faiz azalıb. 2019-cu il ərzində 5.252,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz çoxdur.