Azərbaycanda ödəniş kartlarının sayı 7 milyonu keçib

2020.02.03 10:44 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 7,266 milyon ədəd təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,6 faiz çoxdur.

2019-cu ildə ölkədə sosial kartların sayı 5,5 faiz azalaraq 2,383 milyon ədəd, əməkhaqqı kartlarının sayı 13,5 faiz artaraq 2,316 milyon ədəd, digər kartların sayı 62,45 faiz artaraq 1,769 milyon ədəd, kredit kartlarının sayı isə 7,3 faiz azalaraq 797 min ədəd olub.