Türkiyədə otellərdə qalmaq üçün vergi turpaketin qiymətinə daxil edilməyəcək: Rusiyadan təşkilat xətti ilə gələn turistlər vergi ödəməyəcəklər. "Turistlərdən səfərdən əvvəl və mehmanxanadan çıxarkən əlavə vəsait tutulmayacaq", - "Tez Tour" turizm şirkətinin mətbuat xidmətindən bildiriblər. Başqa bir turizm şirkəti isə təsdiqləyib ki, Türkiyədə turizm vergisi turpaketin qiymətinə daxil olacaq və turistlər əlavə pul ödəməyəcəklər.
Qeyd edək ki, keçən ilin sonunda qəbul edilmiş qanuna əsasən, Türkiyədə turistlər üçün tətbiq olunan verginin dərəcəsi 2019-cu il aprel ayna qədər 1 faiz, aprelin 1-dən sonra isə 2 faiz təşkil edəcək.