Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur.
2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir. Qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir.
Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.