Şəhərin qubernatoru Aleksandr Beqlov bildirib ki, Sankt-Peterburqda xarici qonaqlar üçün turizm vergisinin tətbiqi 2021-ci ildə qüvvəyə minməlidir. "Turizm yığımı ilə bağlı işlər davam etdirilməlidir ki, biz bu işləri tezliklə bitirib, ən geci 2021-ci ildən belə bir imkanı – turizm vergisini yığmaq imkanını əldə edək", - qubernator şəhər hökumətinin yığıncağındakı çıxışında deyib.
Bundan əvvəl məlumat verilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin şəhərə gələn xarici qonaqlardan hər gün üçün 100 rubl vergi tutulması ilə bağlı təklifi dəstəkləyib. Bu vergidən əldə edilən vəsaitin mürəkkəb fasadlı tarixi binaların bərpa edilməsinə, eləcə də turizm infrastrukturunun inkişafına yönəldiləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu ilin 1 oktyabr tarixindən 53 ölkənin, o cümlədən Avropa İttifaqı ölkələrinin vətəndaşlarının Peterburqa və Leninqrad vilayətinə gəlişi üçün elektron viza rejimi tətbiq olunur.