Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ukraynanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum imzalayıb. KOBİA-dan bildirilib ki, sənəd yanvarın 31-də Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasında imzalanıb. KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovun imzaladığı memorandumda KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb.