Mərkəzi Bank 100 milyon manat cəlb etmək üçün depozit hərracı keçirəcək

2020.01.31 16:45 (UTC+04:00)

Fevralın 3-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,51-7,24 faiz təşkil edir.