Real sektora biznes kreditlərinin verilməsi üzrə İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparılacaq

2020.01.31 12:33 (UTC+04:00)

Biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib: "Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərində İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektlərdir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq".