Yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollardan çox artıb

2020.01.31 12:15 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2 faiz artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib. Onun sözlərinə görə, bununla da, ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib.