Əmlak çıxarışlarının verilməsi asanlaşdırılıb

2020.01.31 10:03 (UTC+04:00)

2019-cu ildə daşınmaz əmlaka dair ölkə üzrə 262 minə yaxın çıxarış verilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz çoxdur. Qeydiyyata alınan əmlakın 77 mindən çoxu (29,5 faiz) ilkin, 185 minə yaxını (70,5 faiz) isə təkrar qeydiyyata aiddir.

Ötən il çıxarış verilən əmlaklardan 44 minə yaxını fərdi yaşayış və bağ evi, 75,5 minə yaxını mənzil, 13 minə yaxını torpaq sahəsi, 4,5 minə yaxını qeyri-yaşayış binası, 1000-ə yaxını əmlak kompleksi, 7049-u qeyri-yaşayış sahəsi, 75-i çoxmərtəbəli yaşayış binası, 24-ü isə çoxillik əkmələrdir.

2019-cu ildə daşınmaz əmlakın 224 minə yaxın texniki pasportu tərtib edilib. 43,5 mindən çox ipoteka müqaviləsi, 4309 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 250 minə yaxın məhdudiyyət arayışı verilib.

Fərqanə ALLAHVERDİQIZI