Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1.273,1 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,7 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 19,7 faiz azdır.
Bu ilin əvvəlinə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 8,3 faiz olub. Bu nisbət ötən il dekabrın əvvəlinə 9,3 faiz, ötən ilin əvvəlinə isə 12,2 faiz təşkil edib.