Azərbaycanda ötən il bank əmanətləri 2018-ci il ilə müqayisədə 262,5 milyon manat artıb

2020.01.30 17:21 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycanda bank əmanətləri 8.637,9 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 262,5 milyon manat, yaxud 3,1 faiz çoxdur.