2019-cu ildə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 173,3 milyon manat ipoteka krediti verilib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, 2018-ci illə müqayisədə 36,4 faiz azdır. Ötən il Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə 9,8 faiz azalaraq 220,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25 faiz azalaraq 150 milyon manata düşüb.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20 faiz azalaraq 80 milyon manat olub.