Latviya həkimləri spirtli içkilər üçün aksiz vergisini artırmağa çağırıb

2020.01.30 13:55 (UTC+04:00)

Ölkədə ictimai qurum kimi fəaliyyət göstərən Latviya Həkimlər Assosiasiyası səlahiyyətli şəxsləri spirtli içkilər üçün aksiz vergisini tez bir zamanda artırmağa çağırıb.

Təşkilatın nümayəndəsi İlze Ayzsilnietse qeyd edib ki, alkoqol dünyada ölüm və əlilliyin əsas səbəblərindən biridir. Hər il Latviyada spirtli içkidən təxminən 450 nəfər dünyasını dəyişir.