Keçən il özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ötən il qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,5 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi isə 82,5 faiz təşkil edib.