Ötən il Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrindən ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın 2019-cu ildə ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Almaniya və İspaniya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 5 milyard 638,6 milyon ABŞ dolları, Almaniyaya 931,7 milyon dollar, İspaniyaya isə 704,4 milyon dollar olub.