Azərbaycandan ixracın 9,4 faizi avtomobil nəqliyyatı və dəmir yolu ilə daşınıb

2020.01.30 14:37 (UTC+04:00)

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunan məhsulların 5,9 faizi avtomobil nəqliyyatı ilə göndərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ixrac edilən məhsulların 3,5 faizi dəmir yolu, 1,4 faizi hava, 0,8 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.