Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko neft sahəsində Rusiyanın tətbiq etdiyi vergi manevrini rəsmi Minskə qarşı təzyiq kimi qiymətləndirdiyini bildirib. O, qeyd edib ki, vergi manevrinə görə ölkə xəzinəsi böyük itkilərə məruz qalır. "Biz bir zamanlar, beş-altı il bunadan irəli Rusiyadan nefti yarısına gömrük rüsumu ödəməklə alırdıq. Biz həmin yarını alıb, öz məhsullarımız kimi neft məhsullarını satırdıq. Onu bizdən almağı uyğun bilmədiklərinə görə manevr etdilər, faydalı qazıntıların çıxarılmasına vergi qoydular və bununla da neftin qiymətini qaldırdılar. Tədricən 15-20 faiz qaldırıb, dünya qiymətləri səviyyəsinə gətirdilər. Biz hazırda təkcə gömrük rüsumlarına görə 18-20 faiz ödəyirik", - Belarus Respublikasının prezidenti vurğulayıb.