AMEA-nın İqtisadiyyat İnstitutu Azərbaycanda ilk dəfə Həyat Keyfiyyəti İndeksini hazırlayıb

2020.01.29 18:12 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ilk dəfə olaraq ölkəmizin iqtisadi rayonlarında, şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətinin müqayisəli şəkildə qiymətləndirilməsi əsasında Həyat Keyfiyyəti İndeksi (HKİ) hazırlanıb.

İqtisadiyyat İnstitutundan bildirilib ki, tədqiqat ölkənin 8 iqtisadi rayonunu və həmin rayonlara daxil olan 61 respublika tabeli şəhər və inzibati rayonu əhatə edib. Azərbaycanın iqtisadi regionlarının, şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb, 31 göstərici əsasında tərtib edilib. Bu araşdırma mühüm elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, həm də ciddi praktik əhəmiyyət daşıyır. Araşdırmanın nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı faydalıdır.