Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb Video

2019.01.24 14:52 (UTC+04:00)

İTV kanalının xəbərində vergilər naziri Mikayıl Cabbarovun və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin imzaladıqları memorandumun əhatə dairəsi barədə məlumat verilib. Sənəd qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında qarşılıqlı məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir.