İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

2020.01.29 17:42 (UTC+04:00)

Bakı Fond Birjasından bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, yanvarın 21-də AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, yanvarın 19-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 970.80 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 970.80 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 970.80 AZN olması nəzərə alınmalıdır.