Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının idarə heyətinin sədri Fərid İsayev və icraçı direktoru Tobias Bauman ilə görüşüb.
Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, KOBİA-nın və Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verilib, KOB sahəsində agentlik və palata arasında, eləcə də bazar araşdırmaları və startaplara dəstək sahəsində əməkdaşlıq, palataya üzv olan şirkətlərlə yerli KOB-lar arasında əlaqələrin genişləndirilməsi, agentliyin "KOB Dostu" şəbəkəsinə texniki dəstəyin göstərilməsi, birgə tədbirlərin və Almaniyaya təcrübə səfərinin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.