Bu ilin yanvarında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 12,5 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın yanvar sayında xəbər verilir ki, yanvarda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib.
Qeyd edək ki, ötən il "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən ixracın dəyəri 140,4 milyon dollar olub.