"Azexport" portalına sifarişlər 2018-ci illə müqayisədə əhəmiyyətli şəkildə artıb

2020.01.29 13:19 (UTC+04:00)

2019-cu ildə Azexport portalına 596 milyon ABŞ dolları dəyərində sifariş daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, bu, 2018-ci illə müqayisədə 16 faiz çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə "Azexport"a sifarişlərin ümumi dəyəri 63,4 milyon dollar təşkil edib.