2019-cu ildə "Azərkosmos" 27 ölkəyə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir. Sənədə əsasən, "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.
2019-cu ilin dekabr ayında isə "Azərkosmos" 22 ölkəyə 2,9 milyon dollar dəyərində xidmət ixrac edib.
Ötən il səhmdar cəmiyyətinin xidmət ixracının dəyəri əvvəlki ilə nisbətən 70 faiz artıb. "Azərkosmos"un xidmət ixrac etdiyi əsas ölkələr Fransa, ABŞ, Böyük Britaniya, Malaziya, BƏƏ və digərləri olub.