Azərbaycan ötən il qeyri-neft ixracını 16 faiz artırıb

2020.01.29 12:36 (UTC+04:00)

2019-cu ildə Azərbaycan qeyri-neft sektoru üzrə 1,954 milyard ABŞ dolları dəyərində mal ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir. Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 15,7 faiz çoxdur.

Ötən il Rusiyaya 690,6 milyon dollar, Türkiyəyə 401,8 milyon dollar, İsveçrəyə 179 milyon dollar, Gürcüstana 159,1 milyon dollar, Ukraynaya isə 50,6 milyon dollar dəyərində qeyri-neft malı ixrac olunub. Əvvəlki ilə nisbətən Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz, İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya isə 24,6 faiz artıb.