Ötən il xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə 1,3 milyard manata yaxın pul xərcləyiblər

2020.01.29 12:23 (UTC+04:00)

Ötən ilin dekabr ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 93 milyon manat dəyərində əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı hesabatda bildirilir. Sənədə əsasən, bu, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 11,8 faiz çoxdur.

2019-cu ildə əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatların dəyəri 1 257 milyon manat təşkil edib.