Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan iqtisadiyyatının bu il 2,5%, gələn il isə 2,6% artacağını proqnozlaşdırır. "APA-Economics"in BMT-nin dərc etdiyi yeni proqnozlarına istinadən verdiyi məlumata görə, ümumilikdə, MDB ölkələrində bu il ÜDM-in artım tempinin orta göstəricisinin 2,3%-ə, 2021-ci ildə isə 2,4%-ə bərabər olacağı gözlənilir.
Sözügedən ölkələr arasında ÜDM-in ən yüksək artım templəri Özbəkistan və Türkmənistanda gözlənilir. 2020-ci ildə bu ölkələrdə ÜDM-in artım templəri müvafiq olaraq 5,7% və 5,6%, gələn il isə müvafiq olaraq 5,5% və 5,2% gözlənilir.
BMT-nin MDB ölkələri arasında ən aşağı artım proqnozunu isə Rusiya üzrə verib. Qonşu ölkədə ÜDM-in artım tempi bu il 1,8%, 2021-ci ildə isə 2% olacağı proqnozlaşdırılır.