Ötən il Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, Əfqanıstan və Liviya qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 2 milyard 862,6 milyon dollar, Əfqanıstana 82,6 milyon dollar, Liviyaya isə 43,8 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hər 3 ölkəyə məhsul ixracı artıb. Keçən il Türkiyəyə ixracın dəyərində 1 milyard 36,7 milyon dollar artım olub.