ABŞ seçki ərəfəsində vergiləri azaltmağı planlaşdırır

2020.01.28 13:52 (UTC+04:00)

ABŞ Maliyyə Nazirliyi dövlət xərclərinin artım tempini aşağı salmaqla yanaşı, orta gəlirli vətəndaşlardan tutulan vergiləri azaltmaqla bağlı imkanların araşdırılmasına başlayıb. CNBC televiziya şirkrətinin suallarına cavab verən maliyyə naziri Stiven Mnuçin bu barədə açıqlamasında deyib: “Prezident Donald Tramp vergilərin azaldılmasının ikinci mərhələsi adlandırdığımız məsələ üzərində işə başlamaq haqqında qərar verib, - maliyyə naziri bildirib. – Vergilərin azaldılması orta sinfə aid olacaq, bundan əlavə, iqtisadi artımın stimullaşdırılması üçün başqa yolları da nəzərdən keçiririk”.
S.Mnuçin vurğulayıb ki, ABŞ rəhbərliyi üçün “şübhəsiz, dövlət xərclərinin artım tempinin aşağı salınması zəruridir, çünki büdcə kəsirini indiki səviyyədə saxlamaq mümkün deyil”.