Ötən il nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 813,3 milyon sərnişin daşınıb və 2018-ci illə müqayisədə 2,6 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sərnişinlərin 96 faizi avtobus, 4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Həmçinin sərnişin dövriyyəsi 2,7 faiz artıb.