İndiyədək Ceyhan terminalından 4.400-dən çox tanker neftlə yüklənərək yola salınıb

2020.01.27 18:07 (UTC+04:00)

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,38 mlrd. barelə yaxın neft yola salınıb. Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib. Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4.406 tanker AÇG nefti ilə yüklənilib. Bu il (yanvarın 27-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 18,46 mln. barel neft və 25 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.