Rəqəmsallaşan dünyada vergitutma məsələləri...

2020.01.27 16:29 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dubayda təşkil etdiyi seminar "Ölkələrarası hesabatlılıq və rəqəmsallaşan dünyada vergitutma" mövzusuna həsr edilib. Tədbirdə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Rumıniya, Gürcüstan, Kamerun, Şri-Lanka, Hindistan, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Seneqal, Türkmənistan, Belarus, Seyşel adaları, Sudan və Uqandadan mütəxəssislər iştirak ediblər.

Seminarın gedişində Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına qarşı mübarizənin (BEPS) fəaliyyət planlarından irəli gələn çağırışlar müzakirə edilib, "Rəqəmsallaşmadan irəli gələn vergi çağırışları", "Ölkələrarası hesabatlılıq" kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq vergitutma şöbəsinin əməkdaşı Cavid Əliyev təmsil edib.