2019-cu ildə sahələrdən 1 milyon 714,7 min ton və ya əvvəlki ilə nisbətən 12,7 faiz çox tərəvəz yığılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il sahələrdən 1 milyon 4,2 min ton (11,7 faiz çox) kartof, 447,6 min ton (11,4 faiz çox) bostan məhsulları, 1 milyon 99,7 min ton (8,8 faiz çox) meyvə və giləmeyvə, 201,8 min ton (20,4 faiz çox) üzüm, 929,4 ton (7,0 faiz çox) yaşıl çay yarpağı, 34,8 min ton (43,3 faiz çox) dən üçün günəbaxan, 237 min ton (20,9 faiz az) şəkər çuğunduru, 295,3 min ton (26,4 faiz çox) pambıq və 6 min ton (4,4 faiz az) tütün yığılıb.