Ötən il 1711 nəfər işsizlikdən sığorta ödənişi alıb

2020.01.25 15:32 (UTC+04:00)

2019-cu il ərzində işsizlikdən sığorta ödənişi almış 1711 nəfərin 724-ü qadınlar olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənovun sözlərinə görə, ödəniş alanların bir hissəsi minimum əməkhaqqı məbləğində və digər hissəsi ilə orta aylıq əməkhaqqı həddində alanlardır: "Minimum əməkhaqqı məbləğində ödəniş alanlar üzrə orta məbləğ 187 manat, orta aylıq əməkhaqqı həddində alanlar üzrə orta məbləğ isə 301,60 manat təşkil edib. Ümumilikdə isə işsizlikdən sığorta ödənişinin ölkə üzrə orta məbləği 270 manat olub.

2019-cu il ərzində işsizlikdən sığorta ödənişi alanların 71 nəfəri əlil şəxslər olub. Əvvəl pensiya hüququ qazanmış şəxslərin, o cümlədən əlillərin işsizlikdən sığorta ödənişi almaq hüququ yox idi. Lakin mövcud qanunda əmək qabiliyyətli yaşda olan əlillər işdən azal olunurlarsa və onlara münasib iş təklif etmək mümkün deyilsə, onlar həm pensiya, həm də işsizlikdən sığorta ödənişi ala bilirlər.

Vətəndaşlar iş yerlərinin və ştatların ləğvi nəticəsində işsizlikdən sığorta ödənişi ilə bağlı müraciət edə bilirlər. Bu ödəniş 6 ay müddətinə verilir. O cümlədən vətəndaş 24 ay müddətində işlə təmin olunmazsa, onun işsiz şəxs kimi qeydiyyatı saxlanılarsa, bu zaman həmin vətəndaşın təkrar 3 ay işsizlikdən sığorta ödənişi almaq hüququ yaranır. Bu məbləğ isə yenə minimum əməkhaqqı məbləği ilə tənzimlənir.

İşsizlikdən sığorta ödənişlərinin əsas mahiyyəti ondan ibarətdir ki, işsiz şəxslər müəyyən müddət ərzində daha aktiv şəkildə iş tapa bilsinlər".

İsa Həsənov bildirib ki, 2020-ci ildə İşsizlikdən Sığorta Fondunun büdcəsində artım olub. 2019-cu ildə xərclər üçün 87 milyon manat nəzərdə tutulduğu halda, bu il 126 milyon manat ayrılıb.

Qeyd edək ki, qanuna əsasən sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə müəyyən edilmiş ölkə üzrə orta aylıq əməkhaqqından çox və minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

Səbuhi TURAN