Qırğızıstanda alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılıb

2020.01.25 13:27 (UTC+04:00)

Qırğızıstanda etil spirtinə və alkoqollu içkilərə tətbiq edilən aksiz vergisinin dərəcəsi bu il yanvarın 1-dən artırılıb. Respublikanın vergi xidmətinin açıqlmasında bldirilib ki, bu addım hökumətin qərarına uyğun olaraq atılıb və məqsəd aksiz dərəcələrini Avrasia İqtisadi İttifaqı çərçivəsinə uyğunlaşdırmaqdır. Beləliklə, 2020-ci ildən Qırğızıstanda bir litr etil spirti, araq və digər tünd içkilər üçün aksiz dərəcəsi 70 somdan 100 soma (1 manat 70 qəpikdən 2 manat 44 qəpiyə) qaldırılıb. Gələn il bu göstərici 120 som (2 manat 92 qəpik), 2022-ci ildə 140 som (3 manat 41 qəpik), 2023-cü ildən isə 160 som (3 manat 90 qəpik) olacaq. Bu ildən konyaka tətbiq olunan aksizin dərəcəsi də 52 somdan 70 soma (1 manat 27 qəpikdən 1 manat 70 qəpiyə) qaldırılıb. Tərkibində alkoqol az olan içkilərin hər litri üçün aksizin dərəcəsi də artıq 70 somdan 200 soma (1 manat 70 qəpikdən 4 manat 87 qəpiyə) qaldırılıb.