Vergilər Nazirliyinin şərhinə əsasən, bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinin 219.9-cu maddəsi ləğv edilmiş, eyni zamanda sadələşdirilmiş vergi üzrə Vergi Məcəlləsinə 218-1-ci azadolmalar və güzəştlər maddəsi əlavə olunmuşdur. Yuxarıda qeyd olunan azadolma Vergi Məcəlləsinin 218-1.2-ci maddəsində əks olunub.
Güzəştdən istifadə etmək üçün sahibkarlar hesablamanı aşağıdakı misalda qeyd olunan formada aparmalıdır.
Misal: Ümumi dövriyyə = 1.000 manat (o cümlədən 400 manat nağd, 600 manat nağdsız)
Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 20 manat (1000x2%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği -17 manat.
Güzəştin hesablanması qaydası:
600 / 1000 =0,6 (xüsusi çəki)
0,6x25%=0,15 x 20=3 manat.
20-3 = 17 manat.