Kiçik və orta sahibkarlara dövlət dəstəyi gücləndirilir

2020.01.25 11:12 (UTC+04:00)

2020-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bir sıra mühim layihələr gerçəkləşdirməyi planlaşdırır. Agentliyin sədri Orxan Məmmədovun sözlərinə görə, bir neçə həftə sonra Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) açılacaq: "Artıq KOB İnkişaf Mərkəzi tam hazır vəziyyətə gətirilib. Burada sahibkarlara "bir pəncərə" prinsipi əsasında xidmət göstəriləcək. Xaçmaz KOB Evində 18 dövlət qurumu təmsil olunacaq. Bu qurumlar sahibkarlarla birbaşa ünsiyyətdə olacaq və müvafiq sənədləşmə işlərində onlara kömək göstərəcək.

Bundan əlavə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxili bazar araşdırmalarına dəstək mexanizmi üzrə işləri də davam etdirir. İl ərzində edilən müraciətlərin yarısı müsbət həll edilib, sahibkarlara maliyyə və informasiya dəstəyi göstərilib".

Səbuhi TURAN