Latviyada vergi proqnozuna artıqlaması ilə əməl edilib

2020.01.24 18:47 (UTC+04:00)

Latviya Respublikasının Dövlət Vergi Xidməti (DVX) 2019-cu ildə büdcəyə 9,916 milyard avro köçürərək nəzərdə tutulan proqnozu təxminən 1 faiz qabaqlayıb. KİV-də yayılan məlumata əsasən, Latviyanın büdcə gəlirləri əvvəlki illə müqayisədə 508,77 milyon avro və ya 5,4 faiz artıb. DVX-dən bildirilib ki, ölkədə vergi yığımındakı artım əsasən işçi qüvvəsindən toplanılan vergilərin sayəsində olub. Büdcəyə icbari sosial ödənişlərin həcmi 3,1 faiz artaraq 3,51 milyard avro təşkil edib, mənfəət vergisinin həcmində isə 12,5 faiz artım olub. Keçən il Latviyada 1,974 milyard avro mənfəət vergisi yığılıb. DVX-nin açıqlamasında qeyd edilib ki, əlavə dəyər vergisnin (ƏDV) yığımında keçən illə müqayisədə 7,8 faiz artım olub və büdcəyə 191,378 milyon avro ƏDV köçürülüb.