Səkinə Babayeva: "Azərbaycanda sahibkarlar arasında qadınların sayı 13 faizdən 35 faizə yüksəlib"

2020.01.24 16:18 (UTC+04:00)

Qadın sahibkarlığı ölkəmizdə hər zaman diqqət mərkəzində olub. Bu barədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, əvvəllər sahibkarlar arasında qadınların sayı 13 faiz təşkil edirdisə, hazırda bu rəqəm 35 faizə çatıb. Qadın sahibkarlığında əsas məqsədimiz elmlə təcrübəni birləşdirərək regionlarda və paytaxtda fəaliyyət göstərən qadınların birgə əməkdaşlığı nəticəsində xarici ölkələrə "Made in Azerbaijan" brendi ilə məhsullar göndərməkdir. Son bir ildə 317 qadın üçün təşkil olunan təlim, tədris və dəstək nəticəsində artıq onlar sahibkar kimi bir və ya üç nəfərə yaxın işçi çalışdırırlar. Ötən 2 ildə 10 min 700 qadın assosiasiyanın təşkil etdiyi təlimlərdən bəhrələnib.