Ötən il dəmir yolu nəqliyyatı ilə 3,8 milyon sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci illə müqayisədə sərnişin daşınmasında 35,5 faiz artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 300 vaqon yüklənib, 427 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,3 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.