Keçən il qaz ixracı 22 faiz artaraq 11,7 milyard kubmetrə çatıb

2020.01.24 15:03 (UTC+04:00)

2019-cu ildə Azərbaycanın xaricə təbii qaz satışının həcmi 11,7 milyard kubmetr olub. Bu barədə Energetika Nazirliyinin hesabatında deyilir. Bildirilir ki, bu, 2018-ci ilin ixrac göstəricisindən (9,6 milyard kubmetr) 2,1 milyard kubmetr (22,2 faiz) çoxdur.

Qeyd edək ki, ötən il Türkiyəyə 9,1 milyard kubmetrdən çox, Gürcüstana isə 2,4 milyard kubmetrdən artıq Azərbaycan qazı ixrac edilib.