Qlobal maliyyə bazarlarında istiqrazların gəlirliliyinin artmasına və likvidlik risklərinə baxmayaraq, ümumi vəziyyət sabitləşib. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. Qurum bəyan edib ki, ötən il ABŞ və Çin arasında ticarət müharibəsinin səngiməsi səbəbindən qlobal maliyyə aktivləri bahalaşıb, bazarlardakı hərəkətlilik azalıb.
"Yüksək riskli istiqrazlara tələb azalsa da, qlobal maliyyə şərtləri sabit qalıb. Səhmlərin qiymətləri bəzi bazarlarda cüzi artsa da, sabit gəlirli investisiyalarla müqayisədə o qədər də yüksək olmayıb", - deyə agentlik bəyan edib.